Almaniyanın Şimali Reyn-Vestfliya regionunun dəmir yolunda qatarların hərəkəti qasırğa səbəbindən dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyanın Meteoroloji Xidməti "Eberhard" siklonuna görə regionda tufanın olacağını bildirib.
Qeyd edilir ki, sinoptiklər AFR vətəndaşlarını küçələrə çıxmağın təhlükəli olması barədə xəbərdar ediblər.