23 Mart 2019 12:40
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenli Zelandiya Ermənistana Kristçörç şəhərində baş vermiş terror aktında istifadə edilən silahlardan birinin üzərində erməni dilində yazılmış qeydlə bağlı sorğu göndərib.

Teleqraf.com xəbər verir ki, bunu İnterpolun Ermənistan bürosunun rəhbəri Ara Fidanyan deyib.

O, Yeni Zelandiya hökumətinin hələlik məsələ ilə əlaqədar Ermənistana rəsmi etiraz etmədiyini bildirib:

“Yeni Zelandiyadan olan həmkarlarımızdan sorğu aldıq. İndi bu suala cavab vermək çox erkəndir. Mütəxəssislərə ehtiyacımız var. Araşdırma zamanı suallar ortaya çıxarsa, bunu da cavablandırmağa çalışacağıq”.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada baş vermiş terror aktında 49 müsəlman qətlə yetirilib. Aktı törədən avstraliyalı terrorçu Brenton Tarrant həbs olunub.

Araşdırma zamanı onun silahının üzərində erməni və digər dillərdə qeydlər aşkar olunub.


Müəllif: Mənsur Rəğbətoğlu