23 Mart 2019 14:28
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişu şəhərinin mərkəzində güclü partlayış baş verib.

“Report” “RİA Novosti”ə istinadən xəbər verir ki, hadisə Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi və digər hökumət binalarının yaxınlığında qeydə alınıb.

Avtomobildəki partladıcı qurğu işə salındıqdan sonra isə naməlum şəxslər Milli Təhlükəsizlik və Kəşfiyyat Agentliyinə hücum ediblər.

Partlayışın məsuliyyətini "Əş-Şəbab" terrorçu qruplaşması üzərinə götürüb.

“Biz binanın içərisindəyik, atışma davam edir. Təfərrütları daha sonra bildirəcəyik”, - deyə təşkilatın sözçüsü Əbdüəziz Əbu Musab “Reuters”ə açıqlamasında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər