Afrikanın cənubunda "İday" adlı siklonun qurbanlarının say 700-ü keçib.
Siklon Mozambik, Zimbabve və Malaviyə təsir göstərib.
Mozambik hakimiyyəti hadisə nəticəsində 417 qurbanın olduğunu bildirib. Zimbabvedə ölənlərin sayı 259, Malavidə 56 nəfərdir.
Ölənlərin dəqiq sayı yalnız su çəkildikdən sonra müəyyən olunacaq.