29 Aprel 2014 19:56
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM-dəki qrup yığıncağın ardından jurnalistlərin gündəmlə bağlı sualları cavablandırdı.

Türkiyə Baş naziri uzun müddətdir onunla fikir ayrılığı olan və hazırda ABŞ-da yaşayan Fətullah Gülənlə bağlı yenidən məşğul olmaq niyyətindədir.

Ərdoğan, Fəthullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı hüquqi prosedurun başlanılacağını bəyan edib.

Baş nazirin sözlərinə görə, F. Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək.

Bir müddət əvvəl Ərdoğan Gülənin ABŞ-dan ekstradisiyası üçün Ağ Ev administrasiyasına müraciət etsə də, rədd cavabı alıb.

Bu dəfə çıxışı zamanı isə, Türkiyə baş naziri prosedurun mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ isə bildirib ki, Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Nazir bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini demişdi.


Müəllif:

Oxşar xəbərlər