Malta ordusu Türkiyəyə məxsus olan və Aralıq dənizindən qaçırılan tankerə nəzarəti ələ keçirib.
Teleqraf.com bildirir ki, hazırda tanker Malta limanına aparılır.
Məlumat üçün bildirək ki, Türkiyədən yola çıxan tanker Liviya sahillərində xilas etdiyi qaçqınlar tərəfindən qaçırılıb. Gəmidə türk kapitanla yanaşı 4 hindistanlı və bir liviyalı əməkdaş olub.