6 Aprel 2019 19:52
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “SpaceX” şirkətinin sahibi və “Tesla” elektrik avtomobillərinin istehsalçısı olan “İlon Mask”ın başçısı NASDAQ-da ticarətin ilk iki dəqiqəsi ərzində 1,1 milyard itirib.

Teleqraf.com xəbər verir ki, bu, “Tesla Incorporation” korporasiyasının səhmlərinin 11 faiz ucuzlaşması nəticəsində baş verib.

Milyarderin ziyana düşməsini “Bloomberg Billionaires”in indeksləri üzə çıxarıb.

İndeksə görə, “Tesla”nın səhmlərinin ucuzlaşması nəticəsində milyarderin sərvətinin məbləği 1 milyard dollar azalaraq 22,3 milyard dollara düşüb. Bu, elektromobil istehsalçısının ilin birinci kvartalında rekord məbləğdə ziyana düşməsidir.


Müəllif: Səxavət