9 Aprel 2019 14:37
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya vətəndaşı olan bir qadın Fransada evində saxladığı donuzu öldürdüyü üçün azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, Beyb adlı donuz iki aylıq olarkən, yerli heyvan haqları müdafiəçiləri tərəfindən sığınacağa verilmişdi.

Son iki ilini heyvan sığınacağında keçirən Beyb burada özünə yeni sahib də tapıb. Sığınacağın yaxınlığında yaşayan 40 yaşlı qadın Beybi öz qəyyumluğuna götürməyi qəbul edib. Lakin ət üçün evcil heyvanı öldürməyi qadağan edən müqavilə imzalamaq məcburiyyətində qalıb.

Donuzun yeni sahibi heyvana baxmaqdan bezdikdən sonra keçmiş həyat yoldaşına müraciət edib. Onunla birlikdə Beybi ov tüfəngi ilə öldürdükdən sonra ətini doğramaq üçün qəssaba verib. Bu sirri polisə açan da qəssab olub.

Polisin axtarışlarından sonra qadının evindən Beybin ətindən hazırlanmış konservlər və 110 kq ət aşkar olunub.

Məhkəmə qadını buna görə mühakimə edib. Məhkəmənin qərarı ilə 3 aylıq azadlıqdan məhrum edilən qadın 500 avro cərimə də ödəməli olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər