ABŞ-ın təzyiqləri davam edəcəyi halda rəsmi Tehran “IR8” adlanan uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqaların istehsalını genişləndirəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın İran İnqilab Keşikçilər Qvrardiyasını (SEPAH) terror təşkilatı kimi tanımış ABŞ-a etiraz edən Prezident Həsən Ruhani deyib.
ABŞ-ın qərarını “xəta” adlandıran Ruhani rəsmi Vaşinqtonun bölgədə terror təşkilatlarından öz maraqları üçün istifadə etdiyini bildirib:
“Sizə deyirəm, təzyiqlər davam etsə, “IR8” genişləndirilmiş sentrifuqalar istehsal edəcəyik”.
Qeyd edək ki, ABŞ aprelin 8-də SEPAH-ı terror təşkilatları siyahısına əlavə edib.