11 Aprel 2019 17:57
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də vəfat edən Rusiya Federal Məclisinin (parlament) aşağı palatası – Dövlət Dumasının deputatı Nikolay Kovalyovun köməkçisi bu gün Dövlət Dumasındakı kabinetində ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Məlumata görə, bunu agentliyə “Vahid Rusiya” Partiyasındakı mənbə bildirib.

Qeyd edək ki, N.Kovalyov ötən həftə 70 yaşında vəfat edib. O, 1996-1998-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. O, son 20 ildə Dövlət Dumasının üzvü idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər