Əlcəzairin mərkəzində polis və nümayişçilərin qarşıdurmaları yenidən başlayıb, etiraz edənlər polis avtomobilini yandırıblar.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, polis əməkdaşları etirazçıların qarşısını almaq üçün gözyaşrdıcı qazdan istifadə ediblər.
Məlumata əsasən, nümayişçilər buna cavab olaraq polislərə daş atmağa başlayıblar. Əsas qarşıdurmalar Oden meydanı ətrafında baş verib.