13 Aprel 2019 10:39
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan müdafiə naziri və müvəqqəti hərbi hökumətin başçısı Avad bin Avf tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, general dövlət televiziyasında çıxışı zamanı öz istəyi ilə istefa verdiyini açıqlayıb.

Onun sözlərinə görə, Sudan hərbi hökumətinin yeni sədri general Əbdülfəttah əl-Burhan seçilib.

Müvəqqəti hərbi hökumətin başçısının müavini, general Kamal Əbdülmaruf da vəzifədən çıxarılıb.

Avad bin Avfın istefası Sudanda böyük sevinclə qarşılanıb və insanlar bunu bayram ediblər.

Bu ara bəlli olub ki, müvəqqəti hərbi hökumət ərəb ölkələrindən dəstək istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər