3 Sentyabr 2014 22:11
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko ümid edir ki, cümə günə üçtərəfli işçi qrup Donbasdakı situasiyanın sülh yolu ilə çözülməsi istiqamətində danışıqlara başlayacaq. O, ümid edir ki, sülhə nail olmaq üçün real addımlar atılacaq.

Teleqraf.com-un xəbərinə görə, Poroşenko bu barədə Liviyada əsirlikdən azad olunan ukraynalılarla görüşündə bildirib.

O, qeyd edib ki, Ukrayna özünə qarşı hücuma əsas verəcək addım atmayıb: "Bütün dünya bilir ki, Ukrayna beynəlxalq öhdəliklərini yerinə yetirir. Lakin biz qonşu dövlətin hərbi hücumlarına məruz qalırıq".

O, deyib ki, bu gün sülhə nail olmaq "bir nömrəli məsələdir".

Nihad


Müəllif:

Oxşar xəbərlər