15 Aprel 2019 10:53
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda “Nikol yalançıdır” aksiyasının təşkilatçıları Konstantin Ter-Nakanyan, Narek Samsonyan və Artur Danielyan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Feysbuk sosial şəbəkəsi üzərindən başladılan aksiyanın üzvləri paytaxt İrəvanın müxtəlif məkanlarında etiraz aksiyası keçirməyə təşəbbüs göstəriblər.

Aksiyada iştirak edən və Feysbukda saxta profil açmaq ittihamı ilə Vrej Sərkisyan, İşxan Xosrovyan və bir nəfər adı açıqlanmayan şəxs də saxlanılıb.

Buna oxşar aksiyalar Ermənistanın digər şəhərlərində - Sisyan, Maralik, Gümrü və Vanadzorda da keçirilib.

Aksiyalar Baş nazir Nikol Paşinyana qarşı keçirilir. Etirazçılar baş nazirdən verdiyi sosial-iqtisadi vədləri yerinə yetirməyi tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər