16 Aprel 2019 10:27
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun nəzarəti altındakı Şərqi Qüdsdə yerləşən tarixi Əl-Aksa məscidində yanğın olub.

Teleqraf.com bildirir ki, bu barədə İslam Vəqfinin idarə heyəti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, məscidin cənub-qərbində yerləşən Mervani Məscidi ərazisində yanğın çıxıb.

Yanğına kiçik yaşlı uşaqlar səbəb olub.

Yanğın əl-Aksanın işçilərinin dəstəyi sayəsində söndürülüb.

Qeyd edilir ki, Fələstin lideri Mahmud Abbas məsciddə baş verən yanğını qınayıb və müqəddəs məkanlara sahib çıxılmasına dair çağırış edib.

Əl Məscid Əl-Aksa Məkkədəki əl-Haram və Mədinədəki məsciddən sonra müsəlmanların üçüncü müqəddəs məscidi hesab olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər