Ergenekon prosesində “Efe” adı ilə məxfi şahidlik edən prokuror Bayram Bozqurd Şimali Makedoniyadan Serbiyaya saxta pasportla gedərkən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, FETÖ-çü olan sabiq prokurorun üzərində Levent Öz adına saxta diplomatik pasport olub.
Hazırda Bayram Bozqurd Şimali Makedoniyanın paytaxtında həbsdədir. Onun Türkiyəyə ekstradisiya edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, “Efe” adı ilə gizli saxta şahidlik edən Bayram Bozqurd dönəmin Ərzincanın üzrə məşhur prokuroru İlhan Cihanerin həbsinə səbəb olmuşdu.