19 Aprel 2019 13:00
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Urmiya gölü ilə bağlı qəribə iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Urmiya gölünün canlandırıldığını iddia edən prezident bunu 11-ci və 12-ci hökumətin ən böyük xidməti kimi qələmə verib.

Ancaq Güney Azərbaycana bağlı saytlar yazır ki, göldə suyun səviyyəsinin müəyyən qədər artması son vaxtların yağış və daşqınları nəticəsində baş verib.

Bölgə əhalisi və yerli məsul şəxslər dəfələrlə vurğulayıb ki, Urmiya Gölünü Canlandırma Mərkəzi bu günə qədər gölün canlandırılması üçün heç bir iş görməyib, göldə böhranlı vəziyyət olduğu kimi davam etməkdədir.

Hətta aprelin 16-da Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri parlamentdə çıxışı zamanı da bu məsələyə işarə edərək deyib:

“Vurğulayacağım digər məsələ, energetika və kənd təsərrüfatı nazirlərinə xəbərdarlıqla bağlı olacaq. Urmiya gölü bərpa olunmayıb. Ona görə də əhaliyə yalan məlumat verməyin. Son yağıntıların nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər artıb, lakin gölün bərpa olunması üçün suyun səviyyəsinin hələ 3 metr qalxması lazımdır. Urmiya Gölünü Canlandırma Mərkəzi işlərini sürətlə davam etdirməlidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər