22 Aprel 2019 14:03
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılçdaroğlunun Ankarada döyülməsi dünya mediasının manşetlərində yer alıb.

Teleqraf.com xəbər verir ki, məlumatlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Kamal Kılıçdaroğlunu Xalqların Demokratik Partiyası (HDP) ilə işbirliyində olmaqda ittiham etməsi ön plana çıxarılıb.

Almaniyada nəşr olunan “Frankfurter Allgemeine” qəzeti hücumun arxa planının naməlum qaldığına diqqət çəkdiyi halda, bir yandan da, Ərdoğanın CHP-ni PKK terror təşkilatı ilə işbirliyində olmaqda ittihamına yer verib.

ABŞ-ın “Associated Press” agentlyi də Ankara olayına buna oxşar reaksiya verib. Hadisənin PKK terrorçuları tərəfindən öldürülən bir əsgərin cənazə mərasimində baş verdiyini bildirən agentlik qeyd edib ki, Ərdoğan 31 mart seçkilərində müxalifət partiyalarını terrorçulara oxşatmışdı.

“Euronews” isə Ərdoğanın “CHP-nin namizədləri arasında terrorçular var” açıqlamasına yer verib.

“The Guardian” və “Die Welt” seçkilərdən sonra CHP və AKP arasında İstanbulun bələdiyyə sədri postu uğrunda yaranmış gərginliyə diqqət çəkib.

Almaniyanın nüfuzlu “Die Welt” nəşri yazır ki, Ankarada baş vermiş biabırçılıq AKP və CHP arasındakı şiddətli qarşıdurmanın tərkib hissəsidir.

“Die Welt” eyni zamanda, seçkilərdə İstanbulun itirilməsinin Ərdoğan və partiyası üçün ağır olduğunu, paytaxt Ankaranın da itirilməsinin bu vəziyyəti daha da ağırlaşdırdığını yazıb.

“France24” CHP-nin baş verən hücuma görə, daxili işlər naziri Süleyman Soylunu ittiham edib: “CHP-nin Soylunu ittiham etməsinin səbəbi, onun valilərə “CHP üzvlərini cənazə mərasiminə buraxmayın” əmridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər