Tacikistan Prezidenti Emoməli Rəhmonun oğlu, Düşənbə meri Rüstəm Emoməli paytaxtın nümunəvi sakinlərini təltif edəcək.
Teleqraf.com xəbər verir ki, Rüstəm Emoməli seçilmiş şəxslərə fəxri fərman və medallarla yanaşı, mənzil və maşın da təqdim edəcək. Həmin şəxslərin fotoşəkilləri şəhərin mərkəzində quraşdırılan lövhədə asılacaq.
Məlumata görə, Düşənbənin inkişafında xüsusi xidmətləri olan əcnəbi vətəndaşlar da mükafatlandırılacaq.
Artıq nümunəvi vətəndaş rütbəsini almaq üçün aralarında tarixçi, memar, idmançı, deputat, yazıçı olmaqla on iddiaçının adı çəkilir.
Qeyd edək ki, Tacikistan prezidentinin böyük oğlu Rüstəm Emoməli 2017-ci ilin yanvarından Düşənbə meri vəzifəsini icra edir. O bu postda 20 il mer vəzifəsini tutan Mahmadsəid Ubaydulloevi əvəz edib.