25 Aprel 2019 13:56
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada qaçqın düşərgəsində 9 yaşlı fələstinli miqrant öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Belçikanın Anvers şəhəri yaxınlığındakı Broechen qaçqın düşərgəsində olub.

Antverp prokurorluğu və polisin araşdırmaları nəticəsində 5 şübhəli həbs edilib. Uşaq sonuncu dəfə bazar ertəsi axşam saat 22:00-da velosiped sürərkən görünüb.

Uşağın cəsədi düşərgədəki çuxurlardan birində tapılıb. Ölümün səbəbləri bəlli deyil.

Qəribədir ki, şübhəli kimi saxlanılanların hamısı fələstinlidir.


Müəllif: Cavad