Lvovda toy mərasimlərindən birinə bəzi qonaqların Vermaxt hərbi qulluqçularının formasında gəldikləri müşahidə olunub.
Teleqraf.com xəbər verir ki, fotonu “Feysbuk” səhifəsində Ukrayna Yəhudiləri Komitəsinin direktoru Eduard Dolinski paylaşıb.
Fotoda mərasimin qonaqları və yeni evlənənlərin İkinci dünya müharibəsi dövründə Lvovda qurulmuş işğalçı alman yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etmiş Ukrayna yunan katolik kilsəsinin mitropoliti Andrey Şeptitskin abidəsi önündə dayandıqları görünür.
Dolinskinin postuna yazılan bir şərhdə bu fotonun daha öncə şəhərdə nasist forması ilə gəzib dolaşan millətçi Vasili Biçkonun səhifəsində yerləşdirildiyini qeyd edilib.
Ukraynanın ictimai və siyasi xadimləri tez-tez nasizm mövzusu ilə əlaqəli qalmaqallara düşürlər. Məsələn, 2018-ci ilin aprelində Lvov şəhər şurasının deputatı Maryana Batyuk sosial şəbəkədə Hitleri doğum günü münasibətilə təbrik etmişdi. Həmin ilin mayında isə Ukraynanın Hamburqdakı baş konsulu Vasili Maruşinets faşizmi “şərəfli iş” adlandırmış və özünün hazırladığı Ukrayna bayrağının svastika əks olunmuş yeni versiyasını təqdim etmişdi.