Beynəlxalq Valyuta Fondu (BVF) Çin və ABŞ-ı dünya ticarətinə təhdid olan ticarət qarşıdurmasını ən qısa müddətdə həll etməsinə çağırır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Fondun nümayəndəsi Cerri Rays deyib.
Rays deyib: "Biz bütün tərəfləri beynəlxalq ticarət sistemini gücləndirəcək bir həlli tapmağa çağırırıq... Biz ümid edirik ki, bu müzakirələr tezliklə həll olunacaq".
Rays ümid edir ki, bu gərginlik bütün tərəfləri təmin edəcək variantda mümkün qədər tez həll ediləcək.
Xatirladaq ki, Tramp bildirib ki, mayın 10-də bir sıra çin mallarının rüsümlarını 10% -dən 25% -dək artıracaq. ABŞ prezidenti digər mallar üçün rüsümların tətbiq edilməsini də istisna etməyib.