Ukrayna ilə Böyük Britaniyanın donanması Qara dənizdə birgə hərbi təlim keçirib.
Ukrayna donanmasının məlumatına əsasən, təlimdə Ukraynaya məxsus raket gəmisi "Priluki" ilə İngiltərənin kəşfiyyat gəmisi iştirak edib.
Qeyd edilir ki, təlimi keçirməkdə məqsəd donanmalararası əməkdaşlığı dərinləşdirməkdir.