İspaniya ABŞ-ın İrana təzyiqlərini gücləndirmək məqsədilə Yaxın Şərqə göndərdiyi “USS Abram Linkoln” gəmisinin liderliyi altında üzən hərbi gəmisini geri çağırıb.
Teleqraf.com xəbər verir ki, İspaniya müdafiə naziri Marqarita Roblesin təlimatı ilə “Mendez Minez” adlı İspaniya gəmisi missiyadan ayrılıb.
Təzyiq missiyasının Qırmızı dənizlə Hind okeanını bir-birinə bağlayan Babul boğazından keçdiyi və Bəsrə körfəzinə girmək üçün Hörmüz boğazına doğru getdiyi xəbəri yayılıb.
İspaniya bəyan edib ki, ona məxsus gəmi Hörmüz boğazını keçməyəcək.