İndoneziyada keçirilən təlimlər zamanı Fransaya məxsus 7 hərbi təyyarə əlverişsiz hava şəraitinə görə təcili eniş edib.
Teleqraf.com xəbər verir ki, Hava Qüvvələri komandiri polkovnik Hendro Arief faktı təsdiqləyərək təyyarələrin hərbi təlimlərdə iştirak etdiyini bildirib.
İndoneziya Hava Qüvvələri eniş edən təyyarələrə texniki baxış həyata keçirib.