23 May 2019 10:34
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin terror təşkilatları ilə əlaqədə günahlandırdığı və ölkədən deportasiya etdiyi hollandiyalı jurnalist Ans Boersmanın suriyalı sevgilisinin Hollandiya Məxfi Xidmətinə (AİVD) işlədiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ilk dəfə Hollandiyanın televiziyasının “Nieuvsuur” proqramında xəbər yayılıb.

Bəlli olub ki, Suriya əsilli Əbdüləziz A. 2016-2018-ci illər arasında Hollandiya kəşfiyyatına casusluq edib.

Suriyada “Əl-Nusra” terror təşkilatının rəhbərliyində təmsil olunan Əbdüləziz 2018-ci ildə həbs edilib.

Qeyd edək ki, Əbdüləziz ilk dəfə bu ilin yanvarında Türkiyədən deportasiya edilən jurnalist Ans Boersmanla əlaqədar gündəmə gəlmişdi. Hazırda Əbdüləziz “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə mühakimə olunur.

“Ekonomi” qəzeti isə bildirir ki, terrorçunun sevgilisi olan jurnalist Boersma Əbdüləzizə Hollandiyaya gəlmək üçün saxta sənədlər düzəltməkdə günahlandırılır.

Qeyd edək ki, Holland kəşfiyyatı Əbdüləzizlə Səudiyyə Ərəbistanına səfəri zamanı əlaqə qurub. Kəşfiyyat terrorçunun Səudiyyədən 100 min avro gətirəcəyi haqda informasiya əldə edib. Frankfurtdan Səudiyyə Ərəbistanına gedib-qayıdan terrorçu Hollandiyaya quru yolla qayıdıb. Burada onu Holland kəşfiyyatı saxlayıb, amma üzərindən 100 min avro tapa bilməyib.

Ona casus olmaq təklif etməzdən əvvəl ailəsi və yaxınlarının danışıqları nəzarət altına alınıb. Danışığının yazılmasından bir müddət sonra kəşfiyyat ona casusluq təklifi edib. Terrorçu isə can-başla casusluq fəaliyyətinə başlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər