26 May 2019 09:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, Latviya və Malta) vətəndaşları mayın 23-dən 25-dək səs veriblər.

Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri axşam saatlarında elan ediləcək.

Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada - 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır - 6.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər