ABŞ Prezidenti Donald Tramp Yaponiyanın bu ölkədən 105 ədəd beşinci nəsil F-35 qırıcı təyyarə almaq istədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Yaponiyanın Baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib:
“ABŞ Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək istiqamətində səylərini dəstəkləyir. Biz son aylarda Yaponiyaya Amerika istehsalı olan müdafiə silahlarının çatdırılmasını sürətləndirmişik.
2018-ci ildə Yaponiya ABŞ-ın əsas silah alıcısı olub və elə bu görüşdə 105 ədəd yeni F-35 təyyarəsi almaq niyyətini açıqladı”.