“Rusiya rəhbərliyi İrana “S-400” hava hücumundan müdafiə sistemləri satmaqdan imtina edib, Yaxın Şərqdə qarşıdurmanın genişlənməsindən qorxaraq bu qərarı verib”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə, Tehrana “S-400” satmaq təklifini Rusiya Prezidenti Vladimir Putin rədd edib.
Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin də İranın istəyinə müsbət cavab vermədiyi vurğulanıb.