3 İyun 2019 08:47
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklərini və Cənub Çin dənizində status-kvonun dəyişdirilməsinə göstərilən birtərəfli cəhdlərin qarşısını alacaqlarını təsdiq ediblər.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın müdafiə naziri Takeşi İvaya Sinqapurda keçirilən Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə “Şanqri-La dialoqu” çərçivəsində ABŞ-ın müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan və Avstraliyanın müdafiə naziri xanım Linda Reynoldsla görüşüb.

Üç ölkənin müdafiə idarələrinin rəhbərləri Çinin Cənub Çin dənizində artan fəallığından narahatlıqlarını bölüşüblər.

Nazirlər status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə göstərilə biləcək müxtəlif cəhdlərin qarşısını almaq məqsədilə hazır olmaq üçün ölkələrinin birgə hərbi təlimləri davam etdirəcəklərini təsdiq ediblər. Tərəflər, eyni zamanda kosmosda və kibertəhlükəsizlik sahəsində də əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com