Yaraqlıların Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri yaxınlığında nəzarət-buraxılış məntəqəsinə etdikləri hücum nəticəsində hüquq-mühafizə orqanlarının 8 əməkdaşı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir televiziyası məlumat yayıb.
Qeyd olunur ki, cavab əməliyyatı nəticəsində 5 hücumçu öldürülüb.
Hücumun, fəaliyyəti dünyanın bir sıra ölkələrində qadağan olunan “İŞİD”ə bağlı “Vilayəti Sina” qrupunun üzvləri tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Sinay yarımadası Misirdə ən gərgin bölgələrdən biri olaraq qalır. Burada silahlı ekstremistlər hərbçilərə və polislərə mütəmadi hücumlar edirlər. Bir ildən çoxdur ki, Sinay yarımadasında genişmiqyaslı antiterror əməliyyatı keçirilir. Bu müddət ərzində yüzlərlə ekstremist öldürülüb və nəzarət altına alınıb.