Qazaxıstanda prezident seçkiləri başa çatıb.
16:42
Qazaxıstanda yerli vaxtla saat 18:00 (16:00 GMT+4) prezident seçkilərində 72,9 faiz seçici səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
***
15.14
Qazaxıstanda yerli vaxtla saat 16:00 (14:00 GMT+4) prezident seçkilərində 65,9 faiz seçici səs verib.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.
Ən çox seçici fəallığı Aktyubinsk vilayətində (79,7 faiz), ən az seçici fəallığı isə Almatıda (45,7 faiz) qeydə alınıb.
Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.