14 İyun 2019 19:20
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artan sanksiyalar fonunda Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

O bildirib ki, regionda yaranan vəziyyət tərəfləri daha çox yaxınlaşmağa vadar edir.

H.Ruhaninin sözlərinə görə, ciddi xarici təsirlər, sanksiyaların tətbiq olunması sıx əməkdaşlıq məsələsini hər gün daha da aktuallaşdırır.

İran prezidenti həmçinin Rusiya-İran münasibətlərini nümunəvi adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər