16 İyun 2019 23:46
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani Vaşinqtonun Oman körfəzində baş vermiş insidentlə bağlı Tehranın ünvanına səsləndirdiyi ittihamları şərh edib.

Teleqraf.com xəbər verir ki, o bunu parlamentin açıq iclasında çıxışı zamanı deyib.

"Bu hərəkət və ittihamlar iqtisadi məhdudiyyətlərin davamıdır, çünki onlar sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilmədilər", - deyə Laricani qeyd edib.

Spikerin sözlərinə görə, Birləşmiş Ştatlar özü tankerlərə hücum edə bilər. O bildirib ki, belə bir hadisə II Dünya müharibəsi zamanı baş verib. Həmin vaxt ABŞ düşmənçiliyinə bəraət qazandırmaq üçün Yaponiya yaxınlığında öz gəmilərinə hücum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər