9 Sentyabr 2014 19:45
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Ukraynadakı müşahidə missiyasını dekabrın 15-dək uzadıb.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi Naka Farxana açıqlama yayıb.

O bildirib ki, missiyanın tərkibində bu zamana qədər dəyişiklik gözlənilmir.

Farxana müşahidəçilərin hazırda Ukraynanın Kiyev, Donetsk, Lvov, Odessa və Xarkovda 34 əməkdaşının olduğunu deyib.

Xatırladaq ki, missiya bu ilin martın 15-də öz işinə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər