20 İyun 2019 14:05
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canlı yayımda vətəndaşların suallarını cavablandıran V.Putin bildirib ki, müraciətlərin bir qismi ilə tanış olub. Onun sözlərinə görə rusiyalıları daha çox sosial sfera və həyat səviyyəsi ilə bağlı məsələlər narahat edir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı – yanğınsöndürən maaşların azlığı barədə video sual verib. Onlar bildirib ki, bu maaşla faktiki olaraq yaşaya bilmirlər və iki-üç yerdə işləməyə məcburdurlar. Nəticədə işin keyfiyyəti aşağı düşüb. Ölkəni meşə yanğınları bürüyüb. Yanğınsöndürənlər həvəssiz işləyirlər.

V.Putin suala cavab olaraq bildirib ki, FHN-də çalışan sıravi əməkdaşların maaşı həqiqətən də azdır. Ancaq FHN il ərzində dövlətdən bir neçə dəfə tranş alır, onlardan hər biri 4 milyon rubldan çoxdur. Bu, əməkdaşların maaşını 32 min rubla çatdırmağa imkan verəcək.

V.Putinin sonrakı çıxışından əsas xəbər başlıqları bunlardır:

1) Rusiyada illik inflyasiya 5 faizə enib.

2) İqtisadi tənəzzüldən sonra rusiyalıların real gəlirləri getdikcə artmaqdadır.

3) Mərkəzi Bank krediti olan vətəndaşlarlara mütləq diqqət yetirməlidir.

4) Rusiya Federasiyasında orta aylıq əməkhaqqı 2017-ci ildəki 33,2 min rubldan bu il 44-45 rubla yüksəlib.

5) Pensiyaçıların gəlirinin artırılması prioritetdir

Canlı yayımda daha bir sual milli layihələrlə bağlı olub.

***

13:18

Rusiya Prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarının cavablandırılmasına başlayıb.

Teleqraf.com xəbər verir ki, canlı yayımın Moskva vaxtı ilə 12:00-da (Bakı vaxtı ilə 13:00) başlaması nəzərdə tutulsa da, 10 dəqiqə gec başlayıb.

Canlı yayımın moderatoru bildirib ki, Rusiyanın müxtəlif bölgələrindən yarım milyon müraciət daxil olub. Bundan başqa bir milyondan çox zəng qeydə alınıb.

Hazırda V.Putin giriş nitqi ilə çıxış edir. O, əsasən ölkə daxili məsələlərlə – təhsil, səhiyyə, iqtisadi məsələlər, icra olunan layihələrə bağlı fikirlərini bildirir.


Müəllif: Səxavət