20 İyun 2019 15:57
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa və yazıçı Bella Törn onu təhdid edən hakerlərə cavab olaraq, sosial şəbəkədə çılpaq fotolarını paylaşmışdı.

Teleqraf.com xəbər verir ki, aktyor Vuupi Qoldberq 21 yaşlı Törnə etiraz edib.

63 yaşlı Qoldberq iştirak etdiyi bir TV proqramında aktrisanın davranışlarını tənqid edərək deyib:

“Məşhur ola bilərsiniz və neçə yaşınızın olduğu da vecimə deyil, amma lüt fotolarınızı çəkməyin. O fotoları çəkəndə bunlar bulud sisteminə qeyd olur və hakerlər bunu asanlıqla ələ keçirə bilirlər. 2019-cu ildə bunu bilmirsinizsə, buna görə kədərlənə bilərəm”.

Bella Törnün Qoldberqə cavabı kəskin olub:

“Səni uzun zamandır sevirdim, amma hakerlərin sosial şəbəkədə yaydığı fotolara görə məni ittiham etməyinizə üzüldüm. Qızları foto çəkdiyinə görə, günahlandırmaq doğru deyil, bu, xəstə və iyrənc bir düşüncədir.

Seksi foto çəkdiyim üçün məni üzdünüz. Lüt fotoları sosial şəbəkədə yayıldığı üçün inthar edən hər kəsə görə üzgünəm. Sözün açığı, düşüncəniz qorxuncdur”.

Lüt fotolarının yayılması ilə təhdid edilən Törn onu təhdid edənlərdən qorxmadığını sübut etmək üçün çılpaq şəkillərini Tvitter hesabında paylaşmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu