Liviya sahil-mühafizə xidmətinin əməkdaşları 200-ə yaxın qeyri-leqal miqrantı xilas edib.
Teleqraf.com-un məlumatına görə, xilasetmə əməliyyatları 3 gün ərzində keçirilib.
Qeyd olunur ki, miqrantlar rezin qayıqlarda açıq dənizə çıxmağa çalışıb.
Təkcə bir sutka ərzində 66 nəfər xilas olunub.