Amerikada bu ilin ən çirkin itini müəyyənləşdiriblər.
5 yaşlı köpəyə “Skamp ze-Tramp” (“yaramaz-avara”) adı verilib.
Teleqraf.com xəbər verir ki, Amerikalı İvan Moronesin əyri, qısa ayaqlı, dili sallanan 5 yaşlı iti “Ən çirkin köpək” müsabiqəsində münsiflər heyətini heyran edib.
Qalib itin sahibi onu küçədən tapıb sahibləndiyi üçün 1,5 min dollar və heyvan sığınacağına yardım üçün əlavə pulla mükafatlandırılıb.
Ən maraqlısı isə odur ki, iti yalnız adındakı ifadəyə görə yox, həm də zahiri görünüşünə görə Trampa bənzədirlər. Təşkilatçılar çirkin köpəyin saç düzümünün Donald Trampınkı ilə eyni olduğu fikrindədirlər.