“Ermənistanın bütün sərhədlər üzrə dünyaya çıxışı tamamilə bağlanmaq üzrədir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
Şarmazanov Ermənistanın çətin geosiyasi vəziyyət qarşısında qaldığını bildirib:
“Rusiya-Ermənistan, İran-ABŞ münasibətlərindəki gərginlik Ermənistan üçün ciddi problemlər yaradır. İlk növbədə, Rusiya-Gürcüstan gərginliyi maraqlarımızı əks etdirmir. Bu gərginlik Ermənistana siyasi-iqtisadi problemlər yaradacaq.
Gürcüstandakı mövcud vəziyyətə paralel olaraq, ABŞ və İran arasındakı gərginlik də Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər ortaya çıxaracaq”.