Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən saxlanılan 6 Türkiyə vətəndaşı sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, gəminin sahibi 6 Türkiyə vətəndaşını hüquq-mühafizə orqanından alaraq geri qaytarıb.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi 6 vətəndaşın Haftarın qanunsuz birləşmələri tərəfindən saxlanıldığını bəyan etmişdi: “Bu hərəkətlər quldurluq və piratçılıq aktı kimi qiymətləndirilir. Türkiyə öz vətəndaşlarının tezliklə azad edilməsini istəyir. Əks halda general Haftarın qüvvələrinə layiqli cavab veriləcək”.