2 İyul 2019 16:37
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn il Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ böləsində keçiriləcək “prezident seçkisi” üçün namizədi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Paşinyanın namizədi Qarabağdakı separatçı rejimin “sabiq müdafiə naziri” Movses Akopyandır:

“Paşinyan Akopyanın seçkidə qələbə qazanacağına əmindir. O, bu yarışda Bako Saakyanın namizədi Vitali Balasanyanı məğlub etməyə çalışacaq”.

Əlavə edək ki, Qarabağ separatçılarının başçısı Bako Saakyan gələn il baş tutacaq “seçki”də iştirak etməyəcəyini açıqlayıb. Onun separatçı rejimin “təhlükəsizlik şurasının başçısı” Vitali Balasanyanı dəstəkləyəcəyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər