Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə münasibətlərini rəsmiləşdirib.
Teleqraf.com xəbər verir ki, xanım M.Çiçua jurnalistlərə deyib ki, nikah mərasimi bu gün dövlət başçısının şəxsi evinin olduğu Duşetidə (ölkənin şərqi) baş tutub.
G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.