11 İyul 2019 10:44
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın turizm bölgələrində baş verən dəhşətli tufan və fırtına səbəbindən 6 turist ölüb.

Teleqraf.com xəbər verir ki, Selanik yaxınlarında baş verən fırtınada ölənlər Rusiya, Çexiya və Ruminiyadan gələn turistlərdir.

Bundan başqa, 4 nəfər ağır vəziyyətdə olmaqla 180 nəfər yaralanıb. Hazırda bölgədə fövqəladə hal elan edilib, xilasedicilər və təcili tibbi yardım avtomobilləri əraziyə istiqamətləndirilib.

Yunanıstanın dövlət naziri Mihlalis Hirsohidis ölənlərə baş sağlığı verib, bildirib ki, bölgədə sel deyil, ağacları kökündən çıxaran şiddətli külək və fırtına baş verib. İnsanların da ölümünə bu səbəb olub.

Məlumata görə, ruminiyalı turistlərdən 8 yaşlı uşaq və anası restoranının tavanının çökməsi nəticəsində vəfat edib. 54 yaşlı rus turist və 2 yaşlı oğlu isə aşan ağacın altında qalıb. Çexiyadan gələn ailənin iki üzvü də durqonlu avtomobilin devrilməsi səbəbindən həyatını itirib.


Müəllif: Cavad

Oxşar xəbərlər