S-400 zenit raket sistemlərinin birinci qrup avadanlığının Türkiyəyə gətirilməsinə hökumətdən ilk açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 kompleksləri ilə bağlı razılaşmanın başa çatdığını deyib.
Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında saziş üzrə proses öz axarında davam edir: “Bu məsələdə hər hansı problem yoxdur. Bundan sonra da bu cür davam edəcək”.
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi S-400 zenit raket sistemlərinin birinci qrup təchizatının bu gündən etibarən paytaxt Ankaradakı Mürted hərbi hava bazasına gətirildiyini açıqlayıb.