12 İyul 2019 15:04
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla Slovakiyadakı qeyri-rəsmi görüşü problemsiz keçmədi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.

Nəşr Rusiyanın baş diplomatının erməni həmkarını soyuq qarşıladığını bildirib:

“Nikol Paşinyandan xoşu gəlməyən Sergey Lavrov bu dəfə erməni nümayəndə heyətini soyuq qarşıladı. Onu da qeyd edək ki, Lavrov rəsmi görüşlərdə heç vaxt Paşinyanın üzünə baxmır.

O, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 2-də Ermənistana edəcəyi səfərdən əvvəl açıq şəkildə ikinci prezident Robert Köçəryanın həbsdən azad olunmasının vacib olduğunu dedi. Lavrov hesab edir ki, Putin Ermənistana gəlməmişdən əvvəl Köçəryan azad olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər