Əfqanıstanın şimal-qərbindəki Qalayi-Nau şəhərində hotelə hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli xəstəxananın başçısı Əbdül Lətif Rustayi bildirib.
Belə ki, bu gün bir neçə nəfər yerli vaxtla saat 12:40-da (Bakı vaxtı ilə 12:10) hotelə hücum edib. Təhlükəsizlik xidməti əməkdaşları silahlılara müqavimət göstəriblər.
“10 nəfər yaralanıb, 3 nəfər öldürülüb. Yaralıların dördü hərbçidir”, – deyə Əbdül Lətif Rustayi deyib.
Eyni zamanda Badqis əyalətinin qubernatorunun müavini Nəcibulla Dadfar “RİA Novosti”yə bildirib ki, qarşıdurmada iki əsgər həlak olub, üçü isə yaralanıb.
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.