İtaliya Senatı parlamentin hər iki palatasında deputatların sayının azaldılması haqqında təqdim olunmuş Konstitusiya islahatı layihəsini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, sənədin lehinə 180 senator, əleyhinə isə 50 senator səs verib. Bitərəf qalan olmayıb.
Qanun layihəsinin yekun təsdiqi üçün Aşağı Palataya göndərildiyi bildirilir. Sənəd hər bir palatanın üçdə ikisinin razılığını qazanmalıdır, əks təqdirdə referenduma çıxarılacaq.
Qanun layihəsi təsdiqlənərsə, Aşağı Palatanın deputatlarının və senatorlarının sayı 345-ədək azalacaq.