“Ehtimal olunan ABŞ-İran savaşında İsrail bitərəf qalmayacaq, ABŞ tərəfdən çıxış edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah deyib.
Təşkilat lideri İranın İsraildən güclü olduğunu iddia edib:
“İran İsraili sərt və intensiv formada bombardman etmək gücünə sahibdir. Amerikalılar bu savaşın İsraili yox edə biləcəyini bildiyi üçün bu məsələni yenidən nəzərdən keçirəcəklər”.