15 İyul 2019 18:49
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə mediası bu ölkənin keçən həftə istefa verən ABŞ-dakı səfiri Kim Darrokun məxfi yazışmalarını polisin “xəbərdarlığına” baxmayaraq çap edir.

Teleqraf.com xəbər verir ki, səfir Darrok 2018-ci ilin mayında ABŞ Prezidenti Donald Trampın İranla imzalanan nüvə anlaşmasından çıxması haqqında qərarı Londona göndərdiyi diplomatik yazışmalarda “diplomatik vəhşilik” kimi qiymətləndirib.

Dövrün İngiltərə xarici işlər naziri Boris Consona yazılan diplomatik məktublarda “Nəticə Ağ Evdə paradoksu ortaya qoyur. Hakimiyyət diplomatik vəhşilik edir. Bu ideoloji və şəxsi səbəblərdən qaynaqlanır. Çünki bu Obama anlaşması idi” ifadələrini işlədir.

“Sunday” qəzeti isə səfirin məxfi yazışmalarını ölkə mətbuatına sızdıran şübhəlinin kimliyini təsbit edib. Xəbərdə xarici bir ölkənin dəstəyi ilə sızıntı təşkil olunduğu ehtimalının olmadığı ifadə edilir. İngiltərə kəşfiyyatı sızıntının qaynağını tapmaq üçün telefon və elektron ünvanlar üzərindən araşdırma aparır.


Müəllif: Cavad

Oxşar xəbərlər